AZ

Şəhidimizin nəşi 31 il sonra Ağdamda torpağa TAPŞIRILDI – FOTO

Birinci Qarabağ müharibəsi şəhidi Cahangir Səfərov Ağdamda torpağa tapşırılıb. 

Bizim.Media xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, şahid ailəsi üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak edib. 

Rayonun Quzanlı qəsəbəsində yerləşən şəhidlər xiyabanında keçirilən vida mərasimi Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməklə və hərbi orkestrin dövlət himni səsləndirilməklə başlayıb. 

Çıxış edənlər şəhidlərın xatirəsinin ucalığından və Azərbaycan dövlətinin şəhid ailəsi üzvləri və qazilərə göstərdiyi diqqətdən söhbət açıb. Şəhidin ruhuna dualar oxunub. 

Sonra şəhid Cahangir Səfərovun cənazəsi yaylım atəşinin sədaları altında torpağa tapşırılıb. 
 

Qeyd edək ki, Ağdam rayon Yusifcanlı kənd sakini Səfərov Cahangir Səfralı oğlu 1942 - ci ildə Yusifcanlı kəndində anadan olub. Yusifcanlı kəndinin 1993-cü il iyunun 12-də birinci dəfə işğalı zamanı kənddə 4 nəfər kənd sakini girov düşüb. Onlardan biridə Cahangir Səfərov olub.


Nəşinin qalıqları Xankəndi şəhərində aşkar edilib. Meyit qalıqları məhkəmə - tibbi Kriminalistik və məhkəmə - genetik ekspertizaları təyin edilməklə şəxsiyyəti dəqiqləşdrildikdən sonra ailəsinə təhvil verilib.
















Bizim.Media

Seçilən
42
1
bizim.media

2Mənbələr