AZ

Rusların kredit reytinqi aşağı düşür - Banklar qaydaları SƏRTLƏŞDİRİR

Son bir ildə rusların kredit reytinqi durmadan azalır. 2024-cü il oktyabrın 1-də 2023-cü ilin eyni dövrü ilə müqayisədə reytinq balı 10 bənd azalaraq 735 bənd təşkil edib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti Birləşmiş Kredit Bürosunun (UCB) analitiklərinin məlumatlarına istinadən məlumat yayıb. 2024-cü ilin ilk doqquz ayında rusların kredit reytinqi ümumilikdə səkkiz bənd azalıb.

 

Rusiyalı analitiklər reytinqin aşağı düşməsinin əsas amili kimi vaxtı keçmiş kreditlərin payının artması ilə əlaqələndirib. Rusiya Mərkəzi Bankının məlumatına görə, 2024-cü ilin birinci yarısının sonunda üç və daha çox krediti olan müştərilərin borcunun xüsusi çəkisi kreditlərin yarıdan çoxunu (51 faiz) təşkil edib.

 

Müqayisə üçün qeyd edək ki, bir il əvvəl bu rəqəm 46 faiz idi. Məhz bu səbəbdən Mərkəzi Bank yeni kreditlərin verilməsinin tənzimlənməsini ardıcıl olaraq sərtləşdirir.

 

Reytinq hesablamaları üçün əsas vətəndaşın kredit tarixçəsidir. Kredit tarixçəsinə əsasən, ballar 1-dən (ən aşağı kredit qabiliyyəti) 999-a (maksimum) qədər şkala üzrə verilir.

 

Vasif

Sfera.az

 

 

Seçilən
37
1
sfera.az

2Mənbələr