AZ

Avropa Birliyi Azərbaycanla bağlı qərarını verdi – Bundan sonra...

Rusiya qazından asılı olan Avropa Birliyi (AB) bunu Azərbaycan qazı ilə əvəzlənməsi barədə razılaşmaya yaxındırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” müzakirələrdən məlumatı olan mənbələrə istinadla yazır.

Macarıstanın MVM və Slovakiyanın “Slovensky Plynarensky Priemysel” şirkətləri Ukrayna ərazisindən illik 12-14 milyard kubmetr qaz tədarükü üçün müqavilələr imzalamağa hazırdır. Ukraynanın dekabrda başa çatacaq Rusiyanın “Qazprom” şirkəti ilə müqaviləni uzatmaq niyyətində olmadığı, Azərbaycan qazını boru kəməri ilə öz ərazisindən Avropaya ötürməyə hazır olduğu bildirilir. Yəni Azərbaycan qazının Macarıstan və Slovakiyaya Ukrayna üzərindən çatdırılması planlaşdırılır.

Müqavilələrin qüvvəyə minməsi üçün Kiyevdən siyasi qərar tələb olunur, bu halda Ukrayna qaz nəqlində tranzit imkanlarını saxlayacaq.

ABŞ agentliyi Azərbaycan qazının Ukraynaya Rusiya üzərindən ötürüləcəyini bildirir:

“Əgər Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsi üzrə müqavilələr imzalansa, Ukrayna öz ərazisindən qaz tranziti üçün ödənişlər almağa davam edəcək”.

Serbiya da Rusiya qazını qismən Azərbaycan qazı ilə əvəz etməyi planlaşdırır. Prezident Aleksandr Vuçiç “Bloomberg”ə deyib ki, yaxınlarda azərbaycanlı həmkarı İlham Əliyevlə SOCAR-ın ölkəsini hansı həcmdə qazla təmin edə biləcəyini müzakirə edəcək.

Serbiya tədarükləri fəal şəkildə diversifikasiya edir. SOCAR-la tərəfdaşlığa əlavə olaraq, Yunanıstandakı LNG terminalından yeni boru kəməri çəkir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
64
12
teleqraf.com

10Mənbələr