AZ

Qanunvericilikdə uyğunsuzluq-Deputat məsələ qaldırdı  

Milli Məclisin iclasında deputat Vüqar İskəndərov “Uşaq hüquqları haqqında” qanunun 29-cu maddəsində dəyişikliklər üçün təklifini səsləndirib.

Musavat.com xəbər verir ki, təklifə əsasən dövlət uşaqlara birdəfəlik ödəmələr aylıq müavinətlər kompensasiyalar formasında sosial yardımlar verir. Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları yardım və imtiyazlar tətbiq edə bilər. Deputatın təklifinə görə, uşaqlara yalnız icra hakimiyyəti yox, həm də fondlar, hüquqi və fiziki şəxslər də dəstək ola bilərlər. Bu, həm də dövlətin yükünü azaltmış olar.

Deputat qeyd etdi ki, əslində, bu məsələ “Uşaq hüquqları haqqında” qanunun preambula hissəsində qeyd olunub.

V.İskəndərov digər vacib məsələyə də toxundu. Qeyd etdi ki, Beynəlxalq konvensiyada və bu qanunda uşaqlar 18 yaşa qədər uşaq hesab edilir:

“Amma Azərbaycan Respublikası “Gənclər siyasəti haqqında” qanunda uşaq yaşı 13 yaşda bitir. Çünki həmin qanunda Azərbaycanda gənclik yaşı 14-29 hesab edilir. Gələcəkdə bu uyğunsuzluğa baxmalıyıq”.

E.Paşasoy,

Musavat.com 

Seçilən
22
musavat.com

1Mənbələr