İngiltərənin "Liverpul" klubu 75 azarkeşinə sərt qadağa tətbiq edib.
Fanat.Az xəbər verir ki. bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
75 azarkeşə ev oyunları zamanı ömürlük olaraq "Enfild" stadionuna giriş qadağası qoyulub.
Buna səbəb bilet alqı-satqısı zamanı saxtakarlığa yol verilməsidir. Konkret, həmin azarkeşlər öz biletlərini başqalarına satıblar.
Bundan başqa, bilet satışına nəzarət edən 136 nəfər qeyri-müəyyən müddətə işdən kənarlaşdırılıb. Onlar əlbir olaraq, abonement və biletlərdən istifadə qaydalarını pozublar.