Tədqiqatlar göstərir ki, qəhvə bir çox xəstəliklərin qarşısını alır və ömrün uzadılmasına kömək edir, ancaq ağıllı şəkildə istehlak edildikdə. Bəs lazım olduğundan daha çox qəhvə içsəniz nə olar? Bəzilərimiz üçün qəhvə səhər oyanmağın yolu, bəzilərimiz üçün daha səmərəli işləmək üçün dərman, bəzilərimiz üçün isə yemək-içmə mədəniyyətimizin əvəzolunmaz hissəsidir. Təbii ki, sağlamlıq tərəfi də var...Araşdırmalar göstərir ki, qəhvə içənlər daha uzun yaşayır və qəhvə içməyənlərə nisbətən 2-ci tip diabet, parkinson, ürək-damar xəstəlikləri və bəzi xərçəng növlərinə tutulma riski daha azdır.Lakin hər qidanın çoxu ziyan olduğu kimi qəhvəni də çox istehlak etmək sağlamlığa təsir edə bilər.Həddindən artıq kofein istehlakı ürək döyüntüsü, əsəbilik, narahatlıq, ürəkbulanma və yuxu problemlərinə səbəb ola bilər.Kofein xüsusilə də onu müntəzəm istehlak etməyən insanlarda qısa müddətə qan təzyiqini və ürək döyüntüsünü artıra bilər.Ancaq kofein qəbul etdikdən sonra ürək ritmində problemlər varsa və ya ürək döyüntüsü hiss edirsinizsə, kofeinin təsirlərinə qarşı daha həssas ola bilərsiniz.ABŞ Qida və Dərman Administrasiyasının (FDA) təlimatlarına əsasən, gündə 400 milliqram kofein istehlakı əksər böyüklər üçün təhlükəsiz sayılır.Bununla belə, Amerika Mamalıq və Ginekoloqlar Kolleci hamilə qadınlara gündə 200 milliqramdan çox qəhvə içməməyi tövsiyə edir.Kofeini bəzi çaylarda, qazlı içkilərdə, tünd şokoladlarda, baş ağrısı dərmanlarında, müxtəlif enerji və idman içkilərində də tapmaq olar.Son olaraq, əgər yuxu probleminiz varsa, mütləq kofeini azaldın.Leyla SƏMƏNDƏRMissiya.Az