AZ

Cüdoçularımızın Goranboyda kata üzrə təlim-məşq toplanışı - FOTO

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində kata üzrə təlim-məşq toplanışı keçirilib.

İdman.biz xəbər verir ki, hazırlıq prosesində Azərbaycan kata milli yığma komandasının üzvləri və 18 yaşadək yeniyetmələr arasında ölkə birinciliyində ilk yerləri tutmuş cüdoçular iştirak ediblər.

Təlim-məşq toplanışı yeniyetmə cüdoçuların qatıldığı ilk tədbir olub. Təlim-məşq toplanışının məqsədi noyabrın 9-10-da ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək kata üzrə dünya çempionatına hazırlıqdır.

Təlim-məşq prosesi idmançılarımızın texniki bacarıqlarını artırmağa və beynəlxalq arenada uğur qazanmaq üçün vacib təcrübə toplamağa yönəlib.

İdman.biz

Seçilən
33
idman.biz

1Mənbələr