AZ

İki bloger faciəli şəkildə öldü - Selfi çəkmək istəyiblər... - FOTO

Braziliya sahillərində batan qayıqda iki bloqer ölüb. 

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, polis bildirib ki, 37 yaşlı Aline Tamara Moreira de Amorim və 27 yaşlı Beatriz Tavares da Silva Faria selfi çəkərkən xilasedici jiletlərin onların şəklini pozduğunu deyərək taxmaqdan imtina ediblər.

Qayığın kapitanı polisə bildirib ki, qayıq beşdən çox sərnişin götürə bilməsə də, ona altı şəxsi daşımaq əmri verilib. Nəticədə bu da gəmini qeyri-sabit vəziyyətə salıb və qayıq bataraq sərnişinləri suya atıb.

Fariyanın cəsədi həmin vaxt, Amorimin cəsədi isə bir həftə sonra İtakitanduva çimərliyinin sahilində tapılıb.

Qeyd edək ki, onlar ölümlərindən bir neçə dəqiqə əvvəl lüks yaxtada çəkdirdiyi fotoları sosial şəbəkələrdə yerləşdirib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
58
2
milli.az

3Mənbələr