AZ

Hesablama Palatası "İqlim Skaneri" üzrə qiymətləndirmələr aparıb

"İqlim Skaneri" üzrə Hesablama Palatası tərəfindən aparılan qiymətləndirmələr yekunlaşdırılıb.

Bu barədə "APA-Economics"ə Palatadan bildirilib. Qeyd edilib ki, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşma üçün həyata keçirilən fəaliyyətlərin əhəmiyyətini nəzərə alan 18 ölkəni təmsil edən Ali Audit Orqanı tərəfindən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı (INTOSAI) çərçivəsində beynəlxalq təşkilatların (BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA), Dünya Bankı, BMT-nin İnkişaf Proqramı (UNDP) və s.) dəstəyi ilə “İqlim Skaneri” adlı layihə hazırlanıb. “İqlim Skaneri” aləti vasitəsilə bu təşəbbüsə qoşulan 141 ölkənin Ali Audit Orqanı tərəfindən iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində hökumət tərəfindən görülən işlərin, o cümlədən milli və beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərin icrası vəziyyətinin qiymətləndirilməsi aparılıb.

Hesablama Palatası INTOSAI-ın üzvü kimi İqlim Skaneri alətinin tətbiqi üzrə təşəbbüsdə iştirak edib və ölkəmiz üzrə müvafiq qiymətləndirməni həyata keçirib. Qiymətləndirmə nəticələrinin tamlığının təmin edilməsi, habelə bu fəaliyyətlər üzrə nümunəvi ölkə imicinin qorunub saxlanılması üçün qiymətləndirmənin gedişatı və əldə olunmuş ilkin nəticələr aidiyyəti dövlət orqanları ilə müzakirə olunub.

Qeyd edək ki, dünya üzrə aparılan qiymətləndirmənin qlobal (icmallaşdırılmış) nəticələrinin COP29 çərçivəsində 14 noyabr tarixində Hesablama Palatası və INTOSAI-ın təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı və s. qurumların nümayəndələrinin, habelə dövlət orqanlarının rəhbər şəxslərinin iştirakı ilə açıqlanması nəzərdə tutulur.

Seçilən
10
2
apa.az

3Mənbələr