AZ

İraq İslami Müqaviməti İsraildəki hədəflərə dörd hücum həyata keçirib

İraq İslami Müqaviməti şiə qruplaşması cümə günü üçü ölkənin cənubunda, biri isə Colan təpələrində olmaqla İsraildəki "strateji hədəflərə" qarşı dörd pilotsuz təyyarə hücumu həyata keçirib. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Cümə günü İsrail mediası qırıcı təyyarələrin Qırmızı dəniz üzərindən şərqdən atılan iki pilotsuz uçan aparatın vurulduğunu bildirib. Bununla belə İsrail müdafiə nazirliyi hücumları hansı ölkə və ya qrupun həyata keçirdiyini açıqlamayıb.

2023-cü ilin oktyabrında Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsindən sonra bölgədə vəziyyət gərginləşib. gərginləşib İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ona və Livan və Suriyanın müəyyən bölgələrinə zərbələr endirməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başlayıb.

Oxuməni.az

Seçilən
45
oxumeni.az

1Mənbələr