AZ

Uydurulan hədislərin hədəfi kimlərdir? - Tural İrfan

Peyğəmbər adına uydurulan saxta hədislərdən biri də budur ki, guya o həzrətlə Məryəm və Asiyə Qiyamət günü evləndiriləcək. Hələ Musanın bacısı da.
İsfahanlı fars Təbərani və Qəzvinli fars İbn Macənin yazdığına görə hədis belədir:
"Allah, İmran qızı Məryəmi, Fironun xanımı Asiyəni və Musanın bacısı Gülsümü cənnəttə mənə zövcə olaraq verməyi hökm etdi.”
Farsların uydurduğu çoxminlik hədis toplumunda belə dəhşətli faktlar İslam dini haqqında mənfi fikir formalaşdırıb tarix boyu. Peyğəmbəri arvadbaz, şəhvətpərəst obrazda təqdim edərək İslam dinini təhqir ediblər.
Çox şükür ki, müasir araşdırmaçılar bu hədisin saxta olduğunu, bəziləri də zəif olduğunu sübut ediblər. Bu, sənəd baxımdandır. Amma mətn də Qurana ziddir.
Ümumiyyətlə Qiyamət haqda Quranda bəhs olunandan başqa təsvirlərə inanmaq şübhəlidir. İsanın və Mehdinin zühuru, Qiyamətin əlamətləri və sair kimi məlumatlar qədim əsatirlərdən, yəhudilik, zədüştilik və başqa inanclardan keçmədir.
Quranda Allah dinini kamil etdiyini qəti şəkildə buyurur, möhürləyir. Kiminsə təzədən gəlib əlavə missiya ortaya qoyması o deməkdir ki, din yarımçıq qalıbmış, onlar gəlib tamamlayacaq...
Yaxud, Quranda Qiyamətin qəfil baş verəcəyi deyilir. Yəni, heç bir əlamət, heç bir işarə olmadan qəfil baş verəcək. Ancaq uydurma rəvayətlərdə yüzlərlə əlamət uydurublar.
Ən əsası isə Qiyaməti, Cənnəti də yanlış təsvir edən minlərlə rəvayət, hədis uydurublar. Peyğəmbər Qiyamətdə evlənəcəkmiş, İsanın atalığı, Musanın yeznəsi, Fironun arvadı Asiyənin də əri olacaqmış...
Əstəğfirullah, nəuzu billah, haşa lillah.
Qiyamətdən də dəhşətli olan odur ki, bu günki sünnilər farsların yazdığı 6 əsas kitaba, şiələr də yenə farsların yazdığı 4 kitaba Quran qədər inanır və İslamın, şəriətin ən əsas vacib mənbələri hesab edir.
Həmin kitabları İslam ümməti arasına atılmış hidrogen bomba, zəhər hesab etmək olar. O kitabların İslama, müsəlmanlara vurduğu ziyanı əsla Şeytan vura bilməzdi. Yazıq Şeytan bircə kitab da yazmayıb, amma farslar yüzlərcəsini yazıb da, hamını inandırıb da...
Bu gün müsəlmanlar arasındakı ixtilafın, xurafatın, mövhumatın, cəhalətin, elmdən uzaq düşmənin, təfriqənin hamısının səbəbi həmin şüubiyyə farslarının ortaya atdığı kitablardır.
Sasani imperiyasını dağıdan xəlifə Ömər deyirmiş ki, kaş farslarla aramızda alovdan dağlar olaydı. Yəni, heç ora az tutmayaydıq.
Elə axırda onun özünü də fars terrorçu Əbu Lulu Firuz terror etdi. Farslar imperiyalarının müsəlmanıar tərəfindən aradan götürülməsini sinirə bilmədilər. Savaşmağa gücləri, orduları, birlikləri qalmadı. Nəhayət İslamı və müsəlmanları içindən məhv etməyi, parçalayıb təhrif etməyi planlaşdırıb məharətlə də icra etdilər. O missiya bu gün də davam edir.
Saxta tarix yazdılar, saxta hədislər uydurdular. Hətta saxta Quran ayələri, təsirlər də uydurdular. İslamın əsas ideoloji xəttini təhrif edib qədim fars şahlıq sisteminin təməllərini əlavə etdilər.
Dini məzhəblərə bölüb bütün təriqətlərə sızdılar. Əksər məzhəb və təriqətlərin başçısı təsadüfən fars deyil. Bunun hamısı məqsədlidir. Əsas iki böyük qol olan sünnilik və şiəliyin təməllərini ataraq əsl İslamdan müsəlmanları ayırdılar.

Tural İrfan, ilahiyyatçı
Seçilən
49
news365.az

1Mənbələr