AZ

Motta: “Parma” ilə heç-heçə bizim istədiyimiz nəticə deyil”

“Yuventus”un baş məşqçisi Tyaqo Motta İtaliya A Seriyasının 10-cu turu çərçivəsində “Parma” ilə 2:2 hesablı ev heç-heçəsini şərh edib.

Arena.az oyunsonrası mətbuat konfransında braziliyaəsilli italyalı mütəxəssisin bu barədə səsləndirdiyi fikri təqdim edir:

“Heç-heçə, şübhəsiz ki, istədiyimiz nəticə deyil. Qələbə qazanmaq üçün gərəyimiz olanı etmədik. Çoxuna nail olmaq istəyirik, amma bəzən qarşımıza qoyduğumuzu da edə bilmirik. Biz fikirlərimizdə israrlı olmalı və daha artığına nail olmalıyıq. Oyun boyu meydanın rəqibə aid hissəsində daha tarazlı olmalıydıq. Hücuma gəlincə, hər kəsdən daha çoxunu gözləyirəm, bu gün bəzi məqamlarda daha yaxşı oynaya bilərdik, bəzilərində isə yaxşı çıxış etdik. Oyunu yaxşı təşkil etməklə və hamı birlikdə fəaliyyət göstərərək, işimizi daha yaxşı yekunlaşdırmalıyıq. Texniki səhvlər oyunun bir hissəsidir, çox güclü oyunçularımız var ki, bəzən çox şey etmək istəyirlər və səhv də edə bilərlər. İndi bu oyunu geridə buraxmalı, özümüzü toparlamalı və Udinedəki növbəti oyunu düşünməliyik”, deyə Motta vurğulayıb.

10 turdan sonra 18 xal toplamış “Yuventus” A Seriyasının yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. “Parma” isə 9 xalla 15-ci pillədədir. A Seriyasına 25 xalla “Napoli” başçılıq edir.

Seçilən
39
arena.az

1Mənbələr