AZ

Zavodlardan ətrafa atılan çirki tullantılara görə paytaxtı bürüyən qoxu…..

Sosial şəbəkələrdə son günlər paytaxt ərazisində kəskin qoxunun olduğu ilə bağlı məlumatlar yayılıb. Bu qoxunun səbəbi kimi müxtəlif amillər ehtimal edilir.

Bəs görəsən, bu qoxunun səbəbi nədir?

XALQ.AZ məlumat verir ki,  “Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzi”nin rəhbəri Mirvari Qəhrəmanlı  bu barədə sosial hesabında  yazıb  O bildirib ki, kəskin qoxu kəsif iy, (xüsusən də zavod ətrafındakı UPD,NZS və s) Neftayırma zavodundakı qurğuların təizlənməsi ilə əlaqadardır?!  Ətrafa atılan çirki tullantılar ərazidə yaşayan əhalinin sağlamlığı üçün zərərli və təhlükəli deyil? deyə aidiyyatı qurumlara səslənib. O  qeyd edib ki, illərlə yığılıb qalmış problemin həlli indiyə qaldı? Niyə ictimaiyyət üçün rəsmi açıqlama verilmir?

Mövzu ilə bağlı  Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov  bildirib ki , qoxunun  səbəbi tullantılardır.

O bildirib ki, son günlər yayılan kəskin qoxu da elə həmin yaranan zibilliklərlə əlaqəlidir. Zibili kanalizasiyalara da tullayırlar. Ümumi olaraq bu kimi tullantılar çürüyür və metan qazı yaradır. Hər yer də çirklənir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat almaq mümkün olmadı.

 

 

Seçilən
34
1
xalq.az

2Mənbələr