AZ

Bişkekdə TDT-yə üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvəsi keçiriləcək

Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvəsi keçiriləcək.

TDT Katibliyinin məlumatına görə, “Türk dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” şüarı ilə keçiriləcək Zirvə Təşkilatın hərtərəfli gündəliyi ilə bağlı yüksək səviyyəli müzakirələr üçün mühüm platforma yaradacaq.

Tədbirdə iqtisadiyyat, ticarət, rəqəmsal transformasiya, nəqliyyat və təhlükəsizlik sahələrində layihələrlə bağlı əsas məsələlər üzrə qərarlar qəbul olunacaq, sazişlər imzalanacaq və rəsmi sənədlər təsdiq ediləcək.

Gündəlikdə, həmçinin, üzv dövlətlər və müşahidəçilər arasında müxtəlif sahələrdə çoxtərəfli əməkdaşlığa diqqət yetirilməklə, regionda və ondan kənarda baş verən siyasi və iqtisadi hadisələrin müzakirələri də yer alacaq.

Zirvənin başa çatması ilə müddətli sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək. Bağlanış mərasimində Bişkek Bəyannaməsi və bəzi mühüm qərarlar imzalanacaq.

Seçilən
52
vergiler.az

1Mənbələr