AZ

Sosioloq: "Sosial şəbəkələrdən istifadəyə limit qoyulmalıdır" 

Elə bir dövrdə yaşayırıq ki, həyatımızı texnologiyasız təsəvvür etmək qeyri-mümkündür. Demək  olar ki, həyatımızın bir çox hissəsini, internet və sosial şəbəkələr təşkil edir. Bu da insanlarda telefon və digər elektron avadanlıqlardan istifadə  istifadə etmək zəruriyyəti yaradır. Heç kəsə sirr deyil ki, sosial şəbəkələrin insan  həyatında müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var.

Qeyd edək ki, Avropa İttifaqına daxil olan bir çox  ölkələrdə  sosial şəbəkə platforma istifadəçilərinə müəyyən vaxt limiti qoyulub.

Bəs ölkəmizdə mövcud vəziyyəti aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir? 

Sosioloq Üzeyir Şəfiyev "Yeni Azərbaycan"a açıqlamasında bildirib ki, insanlar sosial şəbəkə reallığını qəbul edib  və bu  bir növ onların həyat tərzinə nüfuz eləyib: "Sosial şəbəkələrdən düzgün  məqsəd üçün istifadə olunanda  insanlar üçün çox faydalıdır. Sözügedən platformalar  üzərindən öz işini quran kifayət qədər insanlar var. Bu baxımdan sosial platformaların qarşısını almaq düzgün seçim olmaz. Biz bu şəbəkələrdən maksimum müsbət yöndə istifadə etməliyik. Bunun mənfi təsirləri də qaçılmazdır. Məsələn "TikTok" Çində yaradılıbsa da, həmin ölkədə  bu platformadan  çox az istifadə olunur. Yəni  həm uşaqlar, həm də böyüklər üçün müəyyən vaxt limiti müəyyənləşdirilib. Eyni zamanda qardaş Türkiyədə sosial şəbəkə tənizmləyən qanun qəbul olunub".

Ü.Şəfiyev bildirir ki, sosial şəbəkələrdən istifadəni tənzimləyən qanun Azərbaycanda da qəbul olunmalıdır. Belə olduğu halda insanlar sözügedən platformalardan  sui-istifadə etməyəcək  və neqativ paylaşımlara yol verməyəcəklər". 

Qeyd edək ki,  Almaniyada da sosial şəbəkə operatorları  ilə bağlanmış müqaviləyə  əsasən saxta və kimliyi bilinməyən adlarla neqativ paylaşımlar edən şəxslərin kimliyini tapıb hökümətə təqdim etməlidir.  Statistika göstərir ki, qeyd olunan ölkələrdəki  nümunələrdən 
biz də istifadə etsək, sosial şəbəkələrlə bağlı baş verən bütün mənfi hallar aradan qalxacaq.

Havar Şəfiyeva

Seçilən
41
yeniazerbaycan.com

1Mənbələr