AZ

Gürcüstanın ardınca Türkiyə də qalmaqallı qanunu qəbul etməyə hazırlaşır- “Bloomberg”

Türkiyə hakimiyyəti xarici təsirlərə qarşı mübarizə haqqında qanun layihəsi hazırlayıb və onun yaxın vaxtlarda qəbul edilməsi planlaşdırılır.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” əldə etdiyi sənəd layihəsinə istinadən məlumat yayıb.

Məlumata görə, qanun başqa ölkənin və ya xarici təşkilatın təsiri və ya sifarişi ilə dövlətin təhlükəsizliyinə və ya onun daxili və xarici siyasi maraqlarına qarşı fəaliyyət göstərənlərə qarşı mübarizəyə yönəldiləcək.

Qanunun pozulmasına görə cəza yeddi ilə qədər həbsdir.

Agentlik hesab edir ki, belə bir addımdan fərqli fikirlərin yatırılması üçün istifadə oluna bilər ki, bu da müəyyən sosial qruplar və təşkilatlar arasında narahatlıq yaradır.

Analoji qanun (“Xarici təsirin şəffaflığı haqqında”) mayın 14-də Gürcüstan parlamenti tərəfindən qəbul edilib. Bu, Avropa İttifaqı və ABŞ-ın sərt bəyanatlarına, həmçinin yerli müxalifətin sərt təpkisinə səbəb olub.

Azpost.info

Seçilən
35
azpost.info

1Mənbələr