Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Suriya ilə İraq ərazilərində 15 nəfər PKK terrorçusunu zərərsizləşdiriblər.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.
Nazirliyin açıqlamasında Suriyada "Fərat qalxanı" və "Sülh bulağı" əməliyyatlarının keçirildiyi ərazilərində PKK-nın bu ölkədəki şaxəsi olan YPG-nin 11 nədər yaraqlısının zərərsizləşdirildiyi bildirilir.
4 nəfər terrorçu isə İraqda, "Pəncə-Kilid" əməliyyatı zonasında neytrallaşdırılıb.
Hürr Tərcüman