AZ

Paytaxtda yayılan qoxuya səbəb nədir?

Artıq bir neçə gündür ki, Bakıda havadan xoşagəlməz qoxunun gəldiyi deyilir. Bu barədə vətəndaşlar sosial şəbəkə hesablarında da yazırlar. Bəziləri bunu qaz, digərləri isə rəng iyinə bənzədir. 

“Qafqazinfo” məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, Bakı şəhərinin bəzi ərazilərində yayılan iy-qoxunun səbəbinin araşdırılması məqsədilə monitorinq qrupları yaradılıb. Hazırda qrup tərəfindən monitorinq və araşdırmalar aparılır.

Mövzu ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin də mövqeyini öyrəndik. Bildirildi ki, qaz qoxusunun gəlməsinə səbəb olacaq sızmalar texniki cəhətdən qeyri-mümkündür: “Azəriqaz” İstehsalat Birliyindən ölkədə qüvvədə olan qanunvericiliyə və normativ texniki qaydalara əsasən yeraltı və yerüstü qaz kəmərlərinə təyin olunmuş dövrlərdə texniki baxış keçirilir. Hər rübdə bir dəfədən az olmayaraq yerüstü qaz kəmərlərinə baxış keçirilir. Həmçinin, istismar müddətindən asılı olaraq ayda, yaxud rübdə bir dəfədən az olmayaraq yeraltı qaz kəmərlərinə xüsusi qazanalizatrlar vasitəsilə texniki baxış keçirilir.

Qaz sızmaları aşkar olunarsa, dərhal aradan qaldırılması təmin edilir. Paytaxtda olan xoşagəlməz iy-qoxunun yayılması kimi hadisələrdə isə “Azəriqaz” İstehsalat Birliyinin balansında olan qaz kəmərlərindən sızıb və şəhərdə böyük bir qaz qoxusunun gəlməsinə səbəb olacaq sızmalar texniki cəhətdən qeyri-mümkündür. Lokal bir hadisə ola bilər. Həmin hadisələrdə də ümumilikdə qaz iyinin borulardan bu qədər yayılması texniki cəhətdən mümkün deyil. Hazırda bununla bağlı quruma müraciət də daxil olmayıb. Gündəlik yoxmalarda da belə bir qaz sızması və ya qəza halı qeydə alınmayıb”. 

Lamiyə Məmmədova 

Seçilən
50
2
qafqazinfo.az

3Mənbələr