AZ

Sentner Keyni ona baş zədəsi yetirməkdə ittiham etdi

“Maynts”ın alman qapıçısı Robin Sentner “Bayern”in ingilis hücumçusu Harri Keyni ona baş zədəsi yetirməkdə ittiham edib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, Sentner komandaların Almaniya Kubokunun 1/16 final oyunu çərçivəsində “Bayern”in səfərdə “Maynts”ı 4:0 hesabı ilə məğlub etdiyi oyunda Keynin davranışından narazıdır:

“Mənim baş zədəmə görə Harri Keyni təqsirləndirə bilərsiniz. O, topa çata bilməyəcəyini erkən anlamışdı. O, kənarda qalıb məni təpikləməyə də bilərdi”, deyə qapıçı vurğulayıb.

Alman qolkiperin sağ qaşının üstündə kəsik yaranıb. Oyunda Sentnerə ilkin tibbi yardım göstərilib, oyundan sonra isə qapıçı geniş tibbi yardım alıb.

Seçilən
31
arena.az

1Mənbələr