AZ

Hakim partiya 58 ildə ilk dəfə seçkilərdə məğlub oldu

1966-cı ildə Britaniyadan müstəqillik əldə etdikdən sonra ölkəyə rəhbərlik edən Botsvana Demokratik Partiyası (BDP) ilk dəfə parlament seçkilərində məğlub olub. Səsvermə oktyabrın 30-da keçirilib.

Qaynarinfo AFP-yə istinadən xəbər verir ki, ölkə prezidenti Mokqvitsi Masisi partiyasının məğlubiyyətini etiraf edib.

İlkin məlumatlara görə, üç müxalifət partiyası birlikdə Botsvana parlamentindəki 61 yerdən ən azı 31-ni qazanıb. Onlar arasında ən yaxşı nəticəni "Demokratik dəyişikliklərin müdafiəsində" (Umbrella for Democratic Change, UDC) sol mərkəz koalisiyası göstərib. Botsvana Konqres Partiyası və Botsvana Vətənpərvər Cəbhə də qanunverici orqana daxil ola bilib. 

Botsvana parlamenti ölkə prezidentini sadə səs çoxluğu ilə seçir. Masisi bu vəzifəyə 2018-ci ildə seçilib və AFP-nin qeyd etdiyi kimi, ikinci müddətə yenidən seçilməyi planlaşdırıb.

Botsvananın əsas gəlir mənbəyi almaz ixracıdır. "Reuters" agentliyinin məlumatına görə, dünya bazarında qiymətlərin aşağı düşməsi bu il iqtisadi göstəricilərin kəskin aşağı düşməsinə səbəb olub. Ölkədə işsizlik səviyyəsi 28%-ə yüksəlib.

Nizami Bağırov
Seçilən
44
qaynarinfo.az

1Mənbələr