Elşad Məmmədov
İqtisad üzrə elmlər doktoru, professor
Hazırda geosiyasi müstəvidə baş verən hadisələr, müharibələr, siyasi münaqişələr ölkələrin sosial siyasətinə ciddi şəkildə öz təsirlərini göstərməkdədir. Və görünən odur ki, heç də bütün ölkələrdə formalaşan çağırışlara adekvat reaksiya verilmir və müvafiq idarəetmə mexanizmləri yaradılmır.
Belə ki, Rusiya-Ukrayna münaqişəsi Ukrayna dövlətinin və hökümətinin, o cümlədən, sosial sferada ciddi problemlərlə üzləșməsinə səbəb olmaqla yanașı, həmin dövlətin sosial müdafiə sistemindəki problemlərini aşkar etdi.
Qeyd etmək lazımdır ki, Ukraynada sosial problemlərin dərinləşməsində və onların iqtisadi və hərbi-siyasi gündəmə yayılmasında saxta əlillik təyinatı məsələsi xüsusilə kritik amilə çevrilmişdir. Bu gün həmin problem Ukraynanın müdafiə qabiliyyətinin təmin edilməsi ilə bağlı çətinliklərə, onsuzda problemlərlə üzləșən büdcə və bütõvlükdə makroiqtisadi siyasətindəki böhranın dərinləșməsinə, ölkədə mövcud olan sosial-psixoloji sıxıntılara, əmək bazarındakı kəskin qeyri- tarazlıq və deformasiyalara səbəb olmaqdadır. Və bu artıq həmin ölkənin ali siyasi rəhbərliyinin səsləndirdiyi tezislərdə, qəbul etmiș qərarlarında öz əksini tapmaqdadır.
Bu kontekstdə Prezident İlham Əliyevin strateji yanașması və siyasi iradəsi nəticəsində Azərbaycanda 2018-ci ildən sosial müdafiə sisteminin təșkilində və idarəedilməində reallașdırılmıș dəyișikliklər, həyata keçirilmiş dərin struktur, sistemli və qabaqlayıcı islahatlar ölkəmizi əks halda yaranacağı labüd görünən bir çox risk və çağırışlardan qorumuş oldu.
Respublikada 2018-ci ildən bașlayaraq əlilliyin təyin olunması prosesində rəqəmsallaşmanın tətbiqinə prioritet yanașma, əlillik təyinatı kimi mürəkkəb və həssas blokda sistemli şəffaflığın təmin edilməsi, mütərəqqi tətbiqlər hesabına neqativ halların şəbəkələşməsinin aradan qaldırılması ölkəmizdə formalaşan innovativ sosial müdafiə sisteminin danılmaz nailiyyətlərindən olmușdur.
Bununla yanaşı, əlillik təyinatı, tibbi və sosial reabilitasiya xidmətləri ilə bağlı aparılan islahatlara büdcə qənaəti, dövlət xərclərinin azaldılmasına yõnəlik addımlar kimi yanașmaq ədalətli sayıla bilməz. Çünki son 6 ildə qeyd olunan istiqamətlər üzrə aparılan islahatların ana xətti islahatların kəmiyyət deyil, keyfiyyət amili üzərində fokuslaşmasından ibarətdir.
Düşünürəm ki, cari ildə həmin istiqamətlər, o cümlədən, əlillik təyinatı və reabilitasiya seqmenti üzrə qeydə alınan rəqəmlər də yuxarıdakı son fikri təsdiq edir. Belə ki, bu ilin yanvar-avqust aylarında ölkədə 36,4 min(!) şəxsə əlillik təyin edilmişdir ki, onlardan 18,3 min nəfərə ilkin əlillik təyinatı verilmișdir. Əlillik təyin edildikdən sonra isə həmin şəxslərə proaktiv qaydada, yəni onların müraciət edib-etməməsindən asılı olmayaraq, elektron sistem üzərindən müvafiq sosial ödənişlər həyata keçirilməkdədir. Digər tərəfdən, yalnız bu il respubiikada 100 minə(!) yaxın şəxsə müvafiq reabilitasiya xidmətləri göstərilmiśdir.
Məsələyə kompleksli yanaşdıqda, sosial müdafiə sistemindəki șəffaflıq və effektiv idarəetmənin təmin edilməsi dövlət büdcəsinin effektiv idarəedilməsinə, makroiqtisadi dayanıqlığa, milli gəlirin bölgüsündə sosial ədalət prinsipinin qorunmasına və deməli ölkənin sosial mühitinə ciddi șəkildə müsbət təsirlər göstərir.
Eyni zamanda dövlət büdcəsində son 6 ildə sosial xərclər önəmli dərəcədə artmışdır. Ölkədə ardıcıl olaraq 4 sosial zərf qəbul olunmuşdur ki, onlar əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə yanașı respublikanın daxili bazarında alıcılıq qabiliyyətinin yüksəldilməsinə və deməli iqtisadi fəallığın, iqtisadi artım və inkişafın təkan almasına imkanlar formalaşdırmıșdır.
Qeyd olunanların eyni zamanda ölkənin hərbi qüdrətinə də müsbət təsirlərini nəzərə almaq lazımdır. Belə ki, əlillik təyinatındakı, reabilitasiya xidmətlərindəki problemlərin həllinin dövlətin müdafiə qabiliyyətinə təsirləri şübhəsizdir.
Bir məqamı da xüsusilə qeyd etmək istəyirəm ki, Ölkə Prezidentinin siyasi iradəsinə əsasən sosial müdafiə sistemində şəffaf və mütərəqqi idarəetmə siyasətinin reallaşdırılması nəticəsində əldə olunan resurslar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, sosial ödənişlərin artırılmasına yönəldilir. Bu isə Ölkə Başçısının məram və missiyalarının, fikrimcə, təzahürü və indikatorudur.