Bu gün daha bir Türkiyə klubunda baş məşqçi təyinatı olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 1-ci Liqada oynayan "Şanlıurfaspor" komandasının başına Sait Karafırtınalar gətirilib.
Məlumata görə, "Şanlıurfaspor" klubunun prezidenti Giray Küçük baş məşqçi Erkan Sözeri istefaa yolladıqdan sonra bu gün onunla "əl sıxışıb": "Sait Karafırtınalarla prinsipial olaraq anlaşdıq. İmza üçün bir araya gələcəyik. Komandamız üçün faydalı olacağına inanırıq".
Fərid Aslan
MİA.AZ