114 yaşlı qadını Şimali Amerikada yaşayan ən yaşlı insan olub.
Bakupost.az xəbər verir ki, bu barədə "NBC News" yazır.
Pensilvaniya ştatının "West Salem" şəhərindəki qocalar evinin sakini "Naomi Whitehead" 22 oktyabr 2024-cü ildə vəfat edən Texas ştatından olan Elizabet Frensiskin ölümündən sonra qitənin ən yaşlı qadını olub. O 1910-cu ilin sentyabrında Corciyadakı bir fermada anadan olub. Ərindən və üç oğlundan çox yaşayıb. O, uzunömürlülüyünün sirri kimi yaxşı genləri və müxtəlif hobbiləri göstərib. Qadın hələ də yemək bişirməyi, çörək bişirməyi, rəsm çəkməyi və musiqi dinləməyi sevir.
2023-cü ilin sentyabrında verdiyi müsahibədə o qədər uzun yaşamaq üçün qarşısına məqsəd qoymadığını söyləyib.
Qadının mütəmadi olaraq ona baş çəkən nəvələri var.
Yusif,
Bakupost