"Xaricdə oxuyanların, ingilisdillilərin yaşamı da, başı da başqadır..."
“Yeni nazirlərin bir-ikisinə təbrik etmək üçün zəng vurdum, telefonu götürmədilər…”
“AzPolitika” xəbər verir ki, bunu keçmiş maliyyə naziri Əvəz Ələkbərov “Gününsəsi.info”-ya müsahibəsində bildirib.
Keçmiş nazir hazırda hökumətdə yüksək post tutan yeni nazirlər haqqında da danışıb: “İndiki nazirləri tanımıram, heç marağım da yoxdur. Adicə bir-ikisinə zəng vurdum təbrik etməyə, telefonu götürmədilər. Onların davranışını da bilmirəm. İki dəfə İdman və gənclər nazirini görmüşəm, o da deyəsən, olduqca sərbəst adamdır, rahatdır, velosiped sürür, küçəyə çıxır.
Belə baxanda, bu dəqiqə nazirlər təcrübəsizdirlər. Mövqeli, sözünü deyən birini görə bilmirəm. Bu, iki şeylə əlaqəlidir. Birincisi odur ki, sanballılıq özünü doğrultmadı. İkincisi də, bu xaricdə oxuyanların, ingilisdillilərin yaşamı da, başı da başqadır.
Məsələn, biz qalstuksuz işə getməzdik, bir tədbirə gecikməzdik. Rübdə bir dəfə qəbul günüm olurdu. Olmayıb ki, o, bir dəfə pozulsun. 120-130 nəfər gəlirdi, danışırdıq, yol göstərirdik, kömək edirdik.
“AzPolitika.info”