AZ

Əli Məsimlidən qaz limiti ilə bağlı TƏKLİF

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Əli Məsimli qaz limitinin ləğvi barədə məsələ qaldırıb.
 
Moderator.az-ın məlumatına görə, deputat qeyd edib ki, dağ kəndlərinin vaxtından əvvəl üzləşdiyi qış mövsümü ilə bağlı çətinliklər əhalini narahat edən məsələlər sırasında ön plana keçib.
 
“Bu baxımdan Azərbaycanın ən gözəl kəndləri sırasında öndə gedən Qaxın İlisu kəndində keçirdiyimiz görüş zamanı İlisu Dövlət Təbiət Qoruğunun unkal meşə sərvətlərini, nadir bitki aləmini qorumaq və artırmaq, eləcə də sel hadisələrinin qarşısını almaqdan ötrü digər vasitələrlə yanaşı, İlisu Dövlət Təbiət Qoruğu ərazisində yerləşən İlisu və Ağçay kənlərindən əlavə, Qum və Ləkit kəndlərinin də qazlaşdırılmasını vacib hesab etdilər. Görüşdə iştirak edən kənd sakinləri bildirdilər ki, qazlaşdırma ilə yanaşı, dağ kəndlərində havaların soyuq keçdiyi ayların sayı çox olğundan əhali daha çox qaz istifadə etməli olur. Limitdən artıq işlədilən qazın tarif qiyməti iki dəfə baha olduğundan bu hal onların maddi vəziyyətinə çox mənfi təsir göstərir. Ona görə də qaz limiti məsləsinə yenidən baxıb güzəştlər tətbiq olunmasını istəyirlər”, - deputat bildirib.
 
Əli Məsimli vurğulayıb ki, qaz işlədən abonentlərin ümumi sayında limiti keçib, ildə 2500 kubmetr və ondan artıq qaz işlədənlərin payı nisbətən azdır:
 
“Bu əsasda qaz limiti məsləsinə yenidən baxıb, güzəştlər tətbiq olunması dövlət üçün ciddi maliyyə itkisinə səbəb olmayacaq. Əksinə, belə güzəştin tətbiq olunması qaz limiti məsələsi ətrafında artan xətlə gedən narazılığın aradan qaldırılmasına və vətəndaş məmnunluğuna səbəb olacaq. Ona görə də Azərbaycanın mühüm enerjidaşıyıcılı ölkə olduğunu və soyuqların düşməsi ilə qaz limiti məsləsinin aktuallığının artdığını nəzərə alaraq, Şəki və Qaxın dağ kəndləri timsalında qaldırdığımız bu məsələnin iki mərhələdə həll edilməsini vacib hesab edirik: Birinci mərhələdə ümumiyyətlə, dağ kəndlərinə münasibətdə qaz limiti məsləsinə yenidən baxıb güzəştlər tətbiq olunmasını, ikinci mərhələdə isə ölkə üzrə qaz və elektrik enerjisi limitinin aradan qaldırılmasını vacib hesab edirik”.
 
Seçilən
34
5
moderator.az

6Mənbələr