AZ

Dövlətin verdiyi evi əxlaqsızlıq yuvasına çevirdi - bu cəza verildi

Goranboyda özünə məxsus evi əxlaqsızlıq yuvası kimi müxtəlif şəxslərə kirayəyə verən şəxs həbs edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Xocalı şəhər sakini, Goranboyun Yuxarı Ağcakənd kəndində yaşayan 1992-ci il təvəllüdlü İntiqam Məmmədova Cinayət Məcəlləsinin 244.2.1-ci (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, İntiqam ona dövlət tərəfindən verilmiş evi müxtəlif şəxslərə gündəlik 15-20 manata kirayəyə verib.

Polis əməkdaşları həmin evə gələrək orada cinsi əlaqədə olan şəxsləri müəyyən edib.

Biləsuvar Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmü ilə İntiqam Məmmədov 3 il həbs cəzasına məhkum edilib və məhkəmə zalında həbs edilib.

Milli.Az

Seçilən
11
7
milli.az

8Mənbələr