AZ

Kreml Moldovanın ittihamlarını cavablandırdı: Çox şeylər görürük

Rusiya Moldovada seçkilərə müdaxilə etmir və bununla bağlı bütün ittihamları rədd edir.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml nümayəndəsi bu barədə Moldova polisinin ittihamlarına cavab verib:

"Onların sözlərinə görə, guya Moskva Dnestryanıdan Mərkəzi Seçki Komissiyasının binasını yandırmağa cəhd edən kişiləri cəlb edib. Biz orada hadisələrin necə cərəyan etdiyini izləyir, elektron texnologiyası nöqteyi-nəzərindən izahı mümkün olmayan çox şeylər görürük”.

Seçilən
52
publika.az

1Mənbələr