AZ

Gəncədə ət istehsalı 31 faizə yaxın artıb

2024-cü ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlanıb.

Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə,  2024-cü ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində 63,2 ha əkin (ondan 29,0 hektar dənli  və dənli paxlalı bitkilər, 34,2 hektar tərəvəz bitkiləri) aparılmışdır. 2024-cü ilin yanvar-sentyabr aylarında tarlalardan 59,7 ton dənli və dənli paxlalı bitkilər, 138,9 ton tərəvəz, 661,8 ton meyvə və giləmeyvə, 413,1 ton üzüm toplanmışdır. 

2024-cü ilin oktyabr ayının 1-i vəziyyətinə təsərrüfatlarda 762 baş iribuynuzlu mal-qara (ondan 326 baş inək və camış), 1714 baş qoyun və keçi, 29 baş donuz mövcud olmuşdur.

Gəncə şəhərində 2024-cü ilin yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində 149,0 ton ət diri çəkidə, 503,0 ton süd, 928 min ədəd yumurta, 2,0 ton yun istehsal edilmişdir. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 35,0 ton (30,7 faiz), yumurta istehsalı 132 min ədəd (16,6 faiz) artmış, süd istehsalı 2,0 ton (0,4 faiz), yun istehsalı isə 1,0 ton (33,3 faiz) azalmışdır.

2024-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının  ümumi məhsulu faktiki qiymətlərlə 3072,6 min manat, o cümlədən bitkiçilik məhsulları 1421,3 min manat, heyvandarlıq məhsulları 1651,3 min manat təşkil etmişdir.

Seçilən
57
marja.az

1Mənbələr