Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlər və idman yarışları, eləcə də, digər mötəbər tədbirlər ilə əlaqədar ölkəyə gələn qonaqların qanuna müvafiq qaydada rəsmiləşdirilməsi təmin edilib.
“Poliqon” xəbər verir ki, bunu Sərhəd Nəzarəti Komandanlığının rəisi general-leytenant Elşən Verdiyev “COP 29” tədbiri ilə bağlı danışarkən söyləyib.
O bildirib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığı BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyası – “COP 29” beynəlxalq konfransına hazırlıqla əlaqədar ölkəyə gələn xarici qonaqların pasport nəzarətindən sürətli keçidinin təmin edilməsi üçün xüsusi texniki təchizatla və nəzarət avadanlıqları ilə təmin olunub, zəruri tədbirlər görülüb və bütün tapşırıqlar tam olaraq icra edilib.
“Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Komandalığı nüfuzlu beynəlxalq tədbirlə əlaqədar texniki tərəqqi tətbiq olunmaqla sənədlərinin operativ yoxlanışını, qarşıya qoyulan tapşırıqları və üzərinə düşən vəzifələri yüksək səviyyədə icrasını təmin edəcək, gələn qonaqlarda xoş təəssüratın yaradılmasına nail olunacaqdır”, – deyə Sərhəd Nəzarəti Komandanlığının rəisi vurğulayıb.