AZ

Tibb Mərkəzinin baş həkimi külli miqdarda cərimələndi

Şəki şəhərində yerləşən “İnvitro” Tibb Mərkəzinin baş həkimi Ramil Əsgərov külli miqdarda cərimə protokolu tərtib edilib. 

Valyuta.az-ın məlumatına görə, "İnvitro" Məhdud Məsuliyyətli Cəmiyyətinə əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması)  inzibati xəta protokolu tərtib olunub.

Protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci  maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə görə tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İşə Şəki Rayon Məhkəməsinin hakimi Elşən Vəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, klinikanın qanuni təmsilçisi Ramin Əsgərov Qəhrəman oğludur.

Sadiq İsbəndərli

Seçilən
85
valyuta.az

1Mənbələr