Bakı. Trend:
Azərbaycan və Ermənistan sərhəd xəttinin delimitasiyasısahələrinin/hissələrinin ardıcıllığını müzakirə ediblər.
Trend xəbər verir ki, müzakirələr 2024-cü il noyabrın 1-dəAzərbaycan Respublikası və Ermənistan Respublikası arasındasərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini ŞahinMustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini MherQriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə ErmənistanRespublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə DövlətKomissiyasının və Ermənistan Respublikası ilə AzərbaycanRespublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhədtəhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşüçərçivəsində baş tutub.
Belə ki, tərəflər növbəti mərhələdə delimitasiya işlərininhəyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrininardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi apardılar.
Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrəmüvafiq təlimatların layihələrini müzakirə etdilər.
Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçiqaydada müəyyən etmək barədə razılığa gəldilər.
Komissiyaların görüşü başa çatdıqdan sonra AzərbaycanRespublikasının Baş nazirinin müavini Şahin Mustafayev vəErmənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirəetdilər.