Rusiya qoşunları Kursk vilayətinin Ukraynanın nəzarətinə keçən ərazisinin bəzi hissələrini azad etsələr də, qalan əraziləri təmizləmək çox çətin olacaq.
“AzPolitika” xəbər verir ki, bunu “Business Insider” nəşri hərbi ekspertlərə istinadla yazıb.
Nəşr yazır ki, Rusiya qoşunları Kursk vilayətindəki əraziləri geri alır, lakin bundan sonra Ukrayna qüvvələrini sıxışdırıb çıxarmaq cəhdləri daha da çətinləşəcək.
Stimson Mərkəzinin hərbi əməliyyatlar üzrə eksperti Vilyam Olburk deyib: "Onları hələ də çox böyük olan Ukrayna platsdarmının qalan hissəsində daha çətin vaxtlar gözləyir”.
Onun sözlərinə görə, Ukrayna qoşunları yalnız “açıq torpaqları və meşələri, yəni, müdafiəsi çox çətin olan əraziləri verir”: “Kimsə Rusiya ordusunun son uğurlarına baxıb onların böyük olduğunu söyləyə bilər. Amma mən onu da deyərdim ki, Ukrayna sadəcə əvvəlcədən müdafiə etmək niyyətində olduğundan daha çox ərazini ələ keçirib. İndi Ukrayna üçün bir növ geri çəkilmək çox asandır”.
Kral Birləşmiş Xidmətlər İnstitutunun analitik mərkəzinin hərbi strategiya üzrə eksperti Metyu Savil isə əlavə edib ki, Rusiya Federasiyası indiyədək “qazanmaq asan olanı qazanıb”.
“AzPolitika.info”