AZ

Arzu Nağıyev Qanunda dəyişiklik edilməsi layihəsi barədə çıxış etdi

Oktyabrın 22-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib. İclasda gündəliyə daxil olan məsələdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinin mahiyyətini açıqlayıb. Bildirilib ki, dəyişikliyin əsas məqsədi ölkədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil müəssisələrinin sayının artırılması və həmin təhsil pilləsinin təkmilləşdirilməsidir. Müzakirələrdə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, komitə sədrləri Fazil Mustafa, Siyavuş Novruzov məsələ barədə öz fikirlərini açlqlayıblar, dəyişikliklərin vacibliyini qeyd ediblər. Komitə sədri Arzu Nağıyev qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Həmçinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev sonuncu məsələni – “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb. Təklif edilən dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə ölkəmizin kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

 

Seçilən
62
xalq.az

1Mənbələr