Bakıda fəhlə iş yerində binadan yıxılıb.
Bakıvaxtı.az lent.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonu Nardaran qəsəbəsində baş verib.
Burada binalardan birində fəhlə işləyən 25 yaşlı Mirzəzadə Eltac Yelevan oğlu hündürlükdən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.