Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın keçmiş prezidenti Donald Trampla danışıqlar masası arxasına oturmaq və Ukrayna münaqişəsinin həlli yollarını tapmaq üçün Ağ Evə qayıtmasına ümid edir.
Teleqraf.com xəbər verir ki, baş nazir bu barədə Avstriyanın Servus TV telekanalına müsahibəsində danışıb.
Orban noyabrın 5-də keçiriləcək seçkilərdə Trampın qələbə qazanacağına ümid etdiyini bildirib.
"Onda avropalılar və amerikalılar yaxşı anlaşma əldə edə biləcəklər və bizim sülh tərəfdarı olan prezidentimiz olacaq və sonra Brüsseldəki siyasəti dəyişdirə biləcəyik" -Orban deyib.
Müəllif: Arzu