AZ

“Hələ ki, baş məşqçinin qəzəbinə tuş gəlməmişəm” – Ərköyün azərbaycanlı

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev komandada dəmir nizam-intizam yaradıb.

Bu qayda həm məşqçi-futbolçu heyətinə, həm də klub rəsmilərinə aiddir.

İş o yerdədir ki, quş quşlığı ilə meydanın üstündə icazəsiz uça bilməz. Rusiyalı çalışdırıcı ən kiçik detala belə həssaslıqla yanaşır.

Kiminsə bir artıq söz, yaxud hərəkəti Kurban Bekiyeviçin sərt üzünü göstərməsinə səbəb ola bilər. Odur ki, hamı ehtiyat edir, son dərəcə diqqətli davranırlar.

Komandanın ərköyün futbolçularından olan Xəyal Nəcəfov Sportinfo.az-a açıqlamasında Berdıyevin gəlişindən sonra özündəki dəyişikliklərdən söz açıb:

“İndi daha məsuliyyətli olmuşam, hər şeyə çox ciddi yanaşıram. Elə məşqçidir ki, ən kiçik detala belə, fikir verir. Ona görə də son dərəcə diqqətli olmaq lazımdır.

Hələ ki, qəzəbinə tuş gəlməmişəm (gülür). İnşallah, belə hal yaşanmaz”.

Premyer Liqanın ən yaşlı baş məşqçisi 38 illik məşqçilik karyerası ərzində Rusiyada 2 dəfə çempion olub, 2 dəfə Superkuboku qazanıb, 1 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb, 2 dəfə ilin ən yaxşı məşqçisi seçilib.

HƏBİB

Seçilən
24
sportinfo.az

1Mənbələr