Amerika Birləşmiş Ştatlarında aparıcı qeyri-hökumət təşkilatları ölkə üzrə lisey və universitet rəhbərliklərinə çağırış edib. Tələbələrin Fələstin hüquqlarını dəstəkləmək üçün etiraz haqqına hörmət edilməsi və bu haqqın qorunmasının zərurətini vurğulayıblar.
İnsan Haqları İzləmə Təşkilatının (HRW) internet saytında yer alan açıqlamaya görə, Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) və Beynəlxalq Əfv Təşkilatı (Amnesty) mövzu ilə bağlı ortaq açıq məktub yayınlayıb. Həmin təşkilatlar aylarla universitetlərə düşərgələrdəki nümayişləri dağıtmaq üçün hüquq-mühafizə orqanlarının qanunsuz güc tətbiqi ehtimalı ilə bağlı narahatlıqlarını dilə gətirib. Ortaq məktub ölkə üzrə dinc etirazlara və düşərgələrə qarşı bəzi polis və digər yerli hüquq-mühafizə orqanlarının hədsiz güc tətbiq etdiyinə dair hesabatların ardından yayınlanıb.
Etiraz haqqının qorunması çağırışı edilən məktubda universitet rəhbərliklərinin Fələstin tərəfdarı olan tələbələrin etirazlarını yatırmaq üçün sərt tədbirlər görməkdən çəkinməli olduğu vurğulanıb.