AZ

Fransisk: İspaniyada daşqından əziyyət çəkənlər üçün dua edirəm

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk İspaniyada baş vermiş təbii fəlakətdən əziyyət çəkən insanlar üçün dua etdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, pontifik daşqından əziyyət çəkən Valensiya sakinləri üçün videomüraciət ünvanlayıb. Roma Papası təbii fəlakət qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib, çətin vəziyyətdə qalanlara yaxınlığını bildirib və onlar üçün dua etdiyini deyib. O, insanları təbii fəlakətdən əziyyət çəkənlərlə həmrəy olmağa çağırıb.

Qeyd edək ki, aramsız leysan yağışlarının səbəb olduğu daşqınlar İspaniyada 158 nəfərin həyatına son qoyub, 80 minədək ailə hələ də işıqsız, naməlum sayda insan isə içməli susuz qalıb.

Seçilən
83
yeniazerbaycan.com

1Mənbələr