AZ

“Al Baraka” qəzzalıları unutmadı

Bakı. TurkicWorld:

Keçən ilin oktyabrın bu günə qədər davam edən qanlı tooquşma Qəzza 45 mindən çox insanın ölümünə, yüz minlərlə insanın yaralanmasına səbəb olub. Bu gün Qəzzada xüsusən də, zolağın şimalında humanitar böhran yaşanır. Bütün bunlara baxmayaraq Qəzzada yaşananlara biganə qalmayan xeyirsevər insanlar və eyni zamanda humanitar təşkilatlar da az deyil.

Bu barədə TurkicWorld ArabAZ-a istinadən xəbər verir.

“Al Baraka” Humanitar Yardım İctimai Birliyi humanitar yardımı yalnız ehtiyaca cavab olaraq görməyən, həm də onu bəşəriyyətə xidmət missiyası olaraq qəbul edən bir təşkilatdır.

Bu missiya ilə yola çıxan “Al Baraka” , Azərbaycanın adını qlobal yardım səhnəsində ucaldan önəmli təşkilatlardan biridir. Həyata keçirdiyi yüzlərlə layihə ilə ehtiyacı olan insanlara dəstək olan “Al Baraka”, dünyanın müxtəlif nöqtələrində öz izini qoyur. “Al Baraka“ bütün bunlarla yanaşı, Azərbaycan təşkilatı olaraq Laos və Vyetnamda iftar süfrələri verərək qlobal miqyasda fəaliyyət gösərir.

Təşkilat Birləşmiş Millətlər Təşkilatının (BMT) müəyyən etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, dünyanın müxtəlif bölgələrində irimiqyaslı yardım təşəbbüsləri həyata keçirir.

Su qıtlığı ilə mübarizədən sağlamlıq və rifahın artırılmasına qədər bir çox sahədə aktiv fəaliyyət göstərən təşkilat, hər bir layihəsi ilə dayanıqlı və daha ədalətli bir dünya qurulmasına töhfə verir.

Asiya və Afrika ölkələrində su quyuları açılması, isti yemək və geyim paylanması, məscidlərin inşaası və qurban payları kimi layihələri ilə Al Baraka, ehtiyacı olan insanların əsas ehtiyaclarını qarşılayaraq, dayanıqlı inkişaf prinsiplərinə əsaslanan davamlı həllər təqdim edir.

Təşkilatın Qəzzada həyata keçirilən layihələrdən minlərlə faydalanan insanlar olub.

Bu il oktyabrın 29-da “Al Baraka” Fələstinin şimalındakı Xanyunis bölgəsində daha bir layihəyə imza atdı. Təşəbbüs çərçivəsində 250 nəfər təmiz içməli su ilə təmin edildi.

“Al Baraka” , qlobal humanitar missiyalarının simvolu olaraq, hər bir təşəbbüsü ilə ölkəsinin adını ucaldır və bəşəriyyət üçün daha güvənli bir gələcəyin qurulmasında öz dəstəyini əsirgəmir.

Qeyd edək ki, təşkilat 7 noyabrdan bu günə qədər Qəzzada həyata keçirilmiş 12 layihə , ehtiyac sahibi insanlara həm fiziki , həm də mənəvi dəstək vermək məqsədi daşıyır. Layihələr sırasında su təminatı, qida yardımları və digər vacib ehtiyacların qarşılanması yer alır. Bu təşəbbüslər yalnız insanların gündəlik ehtiyaclarını qarşılamaqla kifayətlənmir, həm də onların yaşamaq ümidlərini yenidən bərpa edir.

Təşkilatın layihələri bundan sonra da davam edəcək.

Onu da qeyd edək ki, layihələrin davam etməsi , Al Baraka-nın yardım sahəsindəki qətiyyətli və davamlı fəaliyyətini vurğulayır.

Seçilən
51
turkic.world

1Mənbələr