ABŞ Maliyyə Nazirliyi Urals və ESPO (VSTO) markalı Rusiya neftinin qiymətlərinə gündəlik nəzarət etmək üçün mütəxəssislər axtarır.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Bundan əlavə, ABŞ Venesuela və İran neft bazarları ilə bağlı məlumatlarla da maraqlanır.
Oktyabrın əvvəlində Baltik və Qara dəniz limanlarında Urals neftinin qiyməti bir barrel üçün 65 dolları keçib ki, bu da Qərb ölkələrinin təyin etdiyi tavan məbləğindən 5 dollar yüksəkdir. Brent markasının qiymətlərinin artmasından sonra kotirovkalar da yüksəlib.
ABŞ-ın məqsədi Rusiya neftini endirimlə satış tələb edən mexanizmə tabe etməkdir.
Analitiklərin proqnozlarına görə, ilin sonuna qədər Rusiya neftinin qiymətləri tavan məbləğindən yuxarı qalacaq. Hətta Yaxın Şərqdə vəziyyətin gərginləşəcəyi təqdirdə enerji daşıyıcılarının qiymətinin daha da yüksələ biləcəyi gözlənilir.
Nicat