COP29 tədbiri dövründə yollarda davamlı məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulmur.
Bunu AYNA-nın sədri Anar Rzayev COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib:
“Söhbət müəyyən bir dövrdən, xüsusən də noyabrın 11, 12 və 13-ü tarixlərindən gedir. Digər tarixlərdə isə məhdudiyyətlərin olması nəzərdə tutulmur”.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev isə bildirib ki, gecə saatlarında tədbirlə bağlı qonaq qeyd olunan marşrut üzrə hərəkət etmirsə, yollarda məhdudiyyətlərin qoyulması ilə bağlı fikir yoxdur:
“Tədbir gündüz saatlarında başa çatıbsa, məhdudiyyət niyə tətbiq olunsun?”
Moderator.az