“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan Kubokunda finalçılar bəlli olub.
Arena.az xəbər verir ki, bu gün yarımfinal oyunları keçirilib.
Gənclər və İdman Naziriliyinin Voleybol Mərkəzində keçirilən ilk oyunda “Gəncə” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər. Gərgin keçən bu oyunda “Gəncə” 3:1 hesabı ilə qələbə qazanıb.
Növbəti qarşılaşma isə “Azərreyl” və “Abşeron” komandaları arasında baş tutub. Bu oyunda 3:1 hesabı ilə qalib gələn “Abşeron” finala yüksəlib.
Beləliklə, qadınların mübarizəsində finalda “Gəncə” və “Abşeron” komandaları üz-üzə gələcəklər. Azərbaycan Kubokunda həlledici oyunun noyabrın 4-də keçirilməsi nəzərdə tutulu.
Azərbaycan Kuboku
Yarımfinal
1 noyabr
“Gəncə” – “Milli Aviasiya Akademiyası” 3:1 (29:27, 25:21, 19:25, 25:20)
“Azərreyl” – “Abşeron” 1:3 (27:25, 19:25, 15:25, 13:25)