AZ

Vətəndaşlıq üçün 30 minə uşaq aldı

Xarici vətəndaş tez bir zamanda vətəndaşlıq əldə etmək üçün rus qadının uşağını pulla alıb. 

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Kaluqada yerli sakinlərdən birinin qızına qəyyum təyin olunmaq istəyən miqran bunun üçün uşağın anasına 30 min rubl verib. Lakin daha sonra araşdırma zamanı məlum olub ki, qadınla cəmi bir dəfə görüşən şəxs uşağın atası deyil.

Bu ilin mart ayında yerli sakinin qızına qeydiyyat şöbəsində ikinci doğum şəhadətnaməsi verilib və orada “ata” qrafasında miqrantın adı göstərilib.

Məhkəmə əcnəbi tərəfindən atalığın müəyyən edilməsi faktını etibarsız sayıb.

Seçilən
34
1
unikal.az

2Mənbələr