PSJ müdafiəçisi Əşrəf Hakimi ilə müqaviləni uzadacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O Fransa klubunun mərakeşli müdafiəçi ilə yeni uzunmüddətli müqavilə imzalamağa yaxın olduğunu qeyd edib.
25 yaşlı Hakimi 2021-ci ilin iyulunda 68 milyon avroya "İnter"dən PSJ-yə keçib. Əşrəfin Paris klubu ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. Fransa çempionatının bu mövsümündə Hakimi PSJ-nin heyətində 7 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Əşrəf Çempionlar Liqasının üç oyununda da 1 qol vurub.