AZ

Azərbaycanda skuter və velosipedlər ucuzlaşacaq? - İQTİSADÇI

Baş nazir Əli Əsədov "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. İndiyə qədər qüvvədə olan qaydaya görə, velosiped və skuter ehtiyat hissələrinin idxalı üzrə əsasən 5 % və 15 % rüsum dərəcəsində advalor gömrük rüsumu (bir ehtiyat hissəsi üzrə isə spesifik gömrük rüsumu) müəyyən olunub. Yeni qərara əsasən, 2028-ci ilin sonuna qədər həmin ehtiyat hissələrinin sənaye (yığım) müəssisəsində sənaye yığımı məqsədilə idxalı üzrə gömrük rüsumu ləğv edilib.

Bu qaydalar skuter və velosipedlərin qiymətinə necə təsir edəcək? 

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə əlaqədar iqtisadçı Natiq Cəfərli Redaktor.az-a açıqlamasında bildirdi ki, bu qərar ancaq yerli istehsalçılara kömək edəcək və onlar bundan yararlana bilər:

"Bizdə klassik anlamda istehsal yoxdur, ehtiyat hissələrini gətirib Azərbaycanda yığa bilərlər. Bu, mümkündür. Hətta çox güman ki, bu sxem olacaq. Çünki gömrük rüsumu verməmək üçün korpusun müxtəlif detallarını ayrıca rəsmiləşdirib, ölkəyə gətirib kiçik düzəlişlərlə onları bir-birinə bərkidərək bazara çıxaracaqlar. Əgər belə olsa, təbii ki, Azərbaycanda yığılmış velosipedlər və yaxud skuterlər ucuzlaşa bilər".

Natiq

İqtisadçı qeyd etdi ki, bu məsələ izafi xərclərdən asılı olacaq:

"Yəni yol xərclərinin, buradakı xərclərin rolu olacaq. Rüsumlar ləğv olunsa da, vergilər ləğv olunmayacaq. Həmin xərclərin üzərinə yəqin ki, vergilər də əlavə olunacaq. Yəni cüzi də olsa, məntiqlə qiymətlərə təsir etməlidir. Amma mütləq şəkildə təsir edib-etməyəcəyini indidən söyləmək çox çətindir".

Seçilən
32
1
avtosfer.az

2Mənbələr