AZ

Yuxuda xoruldamaq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər..?

...Yatarkən xoruldayan və nəfəsini saxlayan insanlarda mədə xorası yarana bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov Telegram kanalında xəbərdarlıq edib.

...Mədə xorasının inkişafı üçün risk faktorları: genetik meyl, siqaret, stress, alkoqol, yuxu apnesi (kompulsiv xoruldayanlar), koronavirusdur...

Bunu deyən həkim qeyd edib ki, qəhvə içmək mədə xorasının inkişafına səbəb ola bilməz.

...Mövcud effektiv müalicəyə baxmayaraq, bu gün ondan ölüm nisbəti də 1 faiz təşkil edir. Risk qrupları üçün ümumi rəqəm əhəmiyyətli dərəcədə yüksəkdir. Perforasiya olunmuş xoradan ölüm nisbəti 25 faizə qədərdir.

Bunu da 71 yaşlı həkim Myasnikov bildirib.

Nazlı Almuradova

Seçilən
76
sia.az

1Mənbələr