"Formula 1" üzrə Braziliya Qran-prisində sprint yarışının qalibi bəlli olub.
"Far.Az"un məlumatına görə, "McLaren”in üzvü Oskar Piastri birinci yeri tutub.
"McLaren"in digər pilotu Landro Norris ikinci, "Ferrari"nin sürücüsü Şarl Lekler üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Braziliya Qran-prisində əsas yarış noyabrın 3-də baş tutacaq.