AZ

ABŞ Rusiyanı saxta videolar yaymaqda ittiham etdi

Rusiya tərəfi Corciya ştatında keçirilən seçkilərdə Haitidən olan immiqrantın saxtakarlığı ilə bağlı saxta videolar hazırlayıb.

Teleqraf.com xarici mətbuata istiandən xəbər verir ki, bu barədə Kibertəhlükəsizlik Agentliyinin (CISA) direktoru Cen İsterlin danışıb.

Onun sözlərinə görə, Rusiya Haitidən olan bir gəncin saxta şəxsiyyət vəsiqəsindən istifadə edərək Corciyada qeyri-qanuni səs verdiyi iddia edilən video paylaşıb.

“Biz məhkəmə-tibbi ekspertiza ilə qiymətləndirmə apardıq və qəti şəkildə deyə bilərik ki, bu, video Rusiya istehsalıdır”, - agentliyin rəhbəri bildirib.

Cen İsterlin qeyd edib ki, ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində Rusiyanın yalan məlumat yaymacağını gözləyir.


Müəllif: Arzu
Seçilən
50
teleqraf.com

1Mənbələr