AZ

Rusiya ordusu bu kəndə daxil oldu: Şiddətli döyüşlər gedir

Rus ordusu Ukraynanın Donetsk vilayətinin Volnovaxa rayonunun Uqledar şəhər icmasının Maksimovka kəndinə daxil olub.

Publika.az xəbər verir ki, “Aydar” 24-cü ayrı-ayrı hücum batalyonunun döyüşçüsü Stanislav Bünyatov hazırda ukraynalı müdafiəçilərin Rusiya qüvvələri ilə ağır döyüşlər apardığını bildirib.

“Düşmən piyadaları tədricən yaşayış məntəqəsinə doğru irəliləyir və şiddətli döyüşlər gedir”, - deyə S.Bünyatov qeyd edib.

Seçilən
54
6
publika.az

10Mənbələr