"Sihirli annem" serialında "Tuğçe" obrazıyla tanınan aktrisa Damla Ersubaşı Ümrə ziyarətinə gedib.
Ölkə.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa özü sosial media hesabında paylaşım edib.
Şiddətə və xəyanətə məruz qaldığı üçün Mustafa Can Keserlə boşanan Damla tez-tez kökəlib arıqlaması, depressiv halları ilə gündəmə gəlir. Onun Zehra, Zeynep Nisa adlı iki qızı var.